FED uçot dərəcəsini endirdi

8 Noyabr 2024 03:46 (UTC+04:00)

ABŞ-nin Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) iclasın nəticələrinə görə baza dərəcəsini 0,25 bənd azaldaraq 4,5-4,75 %-ə endirib. SİA xəbər verir ki, bu barədə ABŞ tənzimləyicisinin saytında yerləşdirilən məlumatda bildirilir. "FOMC (Açıq Bazar Əməliyyatları üzrə Federal Komitə) öz hədəflərini dəstəkləmək məqsədilə federal fondlar üzrə faiz dərəcəsinin hədəf diapazonunu 0,25 baza bəndi - 4,5-4,75 %-ə endirməyə qərar verdi”, - məlumatda deyilir.