...Dünyada təkcə hakimiyyət uğrunda mübarizə yox, bütöv dövlətlərin, xalqların toqquşması gedir.
SİA-nın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” klubunun Soçidə keçirilən 21-ci illik toplantısında bildirib.
...Bu, hətta hakimiyyət və ya geosiyasi təsir uğrunda mübarizə deyil, bu, növbəti tarixi mərhələdə ölkələr və xalqlar arasında münasibətlərin qurulacağı prinsiplərin toqquşmasıdır, - Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, “hər kəsə inkişaf etməyə imkan verəcək kainatın” qurulması mümkünlüyü bu toqquşmanın nəticəsindən asılıdır.
...İyulda Putin demişdi ki, “qızıl milyard” ölkələrinin elitaları fəaliyyətləri çoxqütblü dünya nizamının yaradılmasına yönəlmiş BRİKS üzvlərinin səylərinə şiddətlə müqavimət göstərir.
Əli Babayev