Terrorla mübarizə davam edir

7 Noyabr 2024 20:16 (UTC+04:00)

Son bir həftədə separatçı terror təşkilatı PKK/YPG-nin üzvü olan 38 terrorçu zərərsizləşdirilib.

SİA xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraq və Suriyanın şimalında davam edən əməliyyatlarla bağlı məlumat verib. Məlumata görə, həyata keçirilən terrorla mübarizə əməliyyatlarında son bir həftədə 38 terrorçu zərərsizləşdirilib. Bununla da 1 yanvardan bu günə qədər zərərsizləşdirilənlərin sayı 2 min 457-yə çatıb.

Məlumatda terrorla mübarizənin davam etdiyi vurğulanıb. Terror təşkilatından ayrılmalar da davam edir. Son bir həftədə terror təşkilatının sığınma sahələrindən qaçan daha 2 terrorçu Cizrə və İğdıra yaxın sərhəd məntəqələrinə təslim olub.