...Rusiyada üç neft emalı zavodu sanksiyalara görə fəaliyyətini qismən dayandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Xarici Kəşfiyyat Xidməti Facebook-da bildirib.
...Kəşfiyyat məlumatlarına görə, neft emalı zavodlarının dayandırılması daxili neft emalı həcmlərinə, ixrac öhdəliklərinin yerinə yetirilməsinə mənfi təsir göstərəcək, daxili bazarın yanacaq təchizatı ilə bağlı vəziyyəti pisləşdirəcək və müəssisələrin texniki xidməti eləcə də modernləşdirilməsi xərclərini artıracaq.
Dayanma zamanı neft emalı gücünün həcmi ayda 1,8-2 milyon ton təşkil edəcək. Xarici Kəşfiyyat Xidməti qeyd edir ki, neft emalı zavodunun dayanmasının səbəbi beynəlxalq sanksiyalar nəticəsində Qərb avadanlığı və komponentlərinə çıxışın məhdudlaşdırılması və texniki xidmət eləcə də modernləşdirmə üçün lazım olan xarici ehtiyat hissələrini əvəz edə bilməməsidir.
...Əslində Rusiyanın idxalı əvəzləmə proqramı ciddi nəticələr vermədi. Rusiya avadanlıq istehsalçıları bazar tələbatının təqribən 30-45 faizini və yalnız bəzi komponentləri təmin edir, - məlumatda deyilir.
Kəşfiyyat məlumatlarına görə, Rusiya da avadanlıqları Çin texnologiyası ilə əvəz edə bilməyib.
Əli Babayev