Qadın hicabını çıxartmağı tələb edən polis əməkdaşından şikayət edib

7 Noyabr 2024 19:22 (UTC+04:00)

…Altay bölgəsində polis qadını üzünü örtən misirli ximarını çıxarmağa məcbur edə bilməyib və o, daha sonra ondan şikayət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı, noyabrın 7-də Baza Telegram kanalı yazıb.

…52 yaşlı Qalina Misir ximarı ilə işə gedərkən platformada polis onu saxlayıb.

O, özünü təqdim edib sənədlərini göstərərək qadından da eyni şeyi etməyi və hicabını çıxartmağı tələb edib, çünki bu, guya qanunla qadağan edilib.

Qalina sənədini göstərib, lakin belə bir qanunun olmadığını deyərək ximarı çıxarmaqdan imtina etdi. Polis ona etiraz edə bilməyib, lakin üstəlik, qadın ondan yuxarılara şikayət etmək üçün yenidən özünü təqdim etməyi tələb etdikdən sonra cəld stansiyanı tərk edib.

Baza Telegram kanalının məlumatına görə, Qalina işçinin hərəkətlərinin yoxlanılması tələbi ilə polisə müraciət edib və bunu təhqir hesab edib.

Oktyabrın 29-da Rusiya Dövlət Dumasının Çeçenistan Respublikasından olan deputatı Adam Delimxanov Vladimir məktəblərində hicab qadağasını ləğv edilməsinə etiraz edib və bunu konstitusiyanın kobud şəkildə pozulması və təxribat adlandırıb.

Nazlı Almuradova