Naxçıvanda noyabr ayının pensiyaları ödənilib

7 Noyabr 2024 19:12 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayının pensiya ödənişi başa çatdırılıb.

SİA xəbər verir ki, bu barədə Naxçıvan bürosuna nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.