AMEA-nın Şəki Regional Elmi Mərkəzində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə “Zəfər günümüz qürur günümüzdür” adlı tədbir keçirilib.
SİA-nın məlumatına görə, Mərkəzdən bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanın tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi anılıb.
Tədbirdə Şəki REM-in direktoru Yusif Şükürlü işğal edilmiş torpaqlarımızın azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirib.
Sonra şöbə müdiri Rahim Həsənovanın “Zəfər gününə aparan yol” adlı məruzəsi dinlənilib.
Sonda Zəfər Günü ilə bağlı videoçarx nümayiş etdirilib.