Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin rəhbəri, beynəlxalq dərəcəli hakim-nümayəndə İsgəndər Əsgərov EHF Avropa Kubokunun III mərhələsinin oyununa təyinat alıb. SİA xəbər verir ki, o, Türkiyənin “Üsküdar Bələdiyyə Spor Klubu” və Portuqaliyanın “Madeyra Andebol” komandaları arasında keçiriləcək görüşdə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 9-da İstanbulun Camlıca İdman Məktəbinin arenasında baş tutacaq.