6 noyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında “Gömrük Xidmətinin Fəaliyyət Proqramı” ilə nəzərdə tutulmuş layihələrin icrası ilə bağlı gömrük işinin daha da təkmilləşdirilməsi məqsədilə tətbiq edilən layihələrin səmərəliliyinin artırılması, onların daha yaxşı mənimsənilməsi istiqamətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Mərkəzi Gömrük Hospitalının inzibati heyəti və tibbi personalı üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin açılış hissəsində çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Fərid Əbilov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətin, son illər gömrük sistemində aparılan islahatların nəticəsi olaraq beynəlxalq ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, şəffaflığın və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. İslahatlar çərçivəsində həm gömrük, həm də xarici ticarət iştirakçıları üçün vacib amillərdən biri də ölkəmizdə gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması, gömrük təmsilçilərinin bilik və bacarıqlarının artırılmasıdır.
Daha sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov gömrük sistemində tətbiq olunan yeni layihələr və təkmilləşdirmə işləri və istifadəyə verilmiş elektron sistemlər barədə təqdimatla çıxış edib. Tədbirin sonunda şöbə rəisi Arzu Həsənov iştirakçıları maraqlandıran sualları cavablandırıb.