Mərkəzi Gömrük Hospitalının Travmatologiya və ortopediya şöbəsinin travmatoloq-ortopedi Müseyib Əhmədov 5-10 noyabr 2024-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 33-cü Milli Türk Ortopediya və Travmatologiya Konqresində iştirak edib.
Konqresdə dünyanın bir çox ölkələrindən olan travmatoloq və ortopedlər bilik və təcrübələrini bölüşüb, problemlərin həlli yolları, dayaq-hərəkət sistemində olan ağrı sindromuna müasir yanaşmalar, müasir konservativ müalicələr, bəzi hallarda cərrahi müdaxilələr haqqında geniş məlumat verilib və müzakirələr aparılıb. Həmçinin, Dr.Müseyib Əhmədov travmatologiya və ortopediyanı əhatə edən müxtəlif patologiyalarının müasir müalicə üsulları barədə müzakirələrdə fəal iştirak edir.