Dövlət qurumlarına kiberhücumlar oktyabrda azalıb

7 Noyabr 2024 13:55 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA-nın XRİTDX-in məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 16,6 % azdır.

Kibertəhdidlərin 439-u daxili araşdırma, 389-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə oktyabr ayında 89 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 13 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 679,43 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 3 milyon 818 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 185 min 163 zərərverici tərkibli elektron sənəd blok edilib.