Xəzər dənizində ZƏLZƏLƏ

7 Noyabr 2024 13:05 (UTC+04:00)

Xəzər dənizində 3.4 maqnitudada zəlzələ qeydə alınıb. Bu barədə SİA-ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, yeraltı təkanlar bu gün yerli vaxtla 12:34-də olub.

Zəlzələ ocağının dərinliyi 67 kilometr olub.