"Azərmaş" barədə protokol tərtib edildi

7 Noyabr 2024 12:58 (UTC+04:00)

Azərmaş Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnə bilər. SİA-nın məluamatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək cərimələnə bilər.