Bir müddət əvvəl Ağstafada ilan sancan 7 aylıq hamilə ana olub. Bu barədə SİA-ya Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, qadının ilan sancması səbəbilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunan pasiyentin körpəsi elə KTM-də dünyaya gəlib.
Oktyabrın 31-də Ağstafa rayonundan KTM-in doğum şöbəsinə gətirilən qadın fəsadlaşmış analıq anamnezi ilə Ginekoloji Patologiya şöbəsinə qəbul olunub. Daxil olduğu gündən noyabrın 6-na qədər ana müvafiq müayinələrdən keçib və stasionar şəkildə müalicələr alıb.
Noyabrın 6-da isə ananın və dölün perinatal mühafizəsi məqsədilə tibbi göstərişlərə əsasən hamiləlik keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb.
Çəkisi 3 kq, boyu 51 sm olan oğlan uşağı dünyaya gəlib.
Mərkəzdən bidirilib ki, hazırda ananın və körpənin vəziyyəti kafidir.