"İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı möhtəşəm qələbə ən əhəmiyyətli hadisəsidir". SİA xəbər verir ki, bu sözləri deputat Əli Əhmədov deyib.
Onun sözlərinə görə, bu qələbə regional və beynəlxalq əhəmiyyət daşıyır: "Dörd il bundan əvvəl münaqişə sistemində yaşayan xalqlar üçün yeni səhifə açılıb. Hərbi ritorika siyasi ritorika ilə əvəz olunub.
Təəssüflər olsun ki, dünya müharibəsiz yaşamağı öyrənə bilməyib. Müharibələr bəşəriyyəti narahat edir. Azərbaycan haqsızlığa qarşı uğurlu mübarizə aparmağın yolunu göstərdi. Qələbəsi ilə Azərbaycan ölkələr arasında yeni, uğurlu mübarizəni göstərmiş oldu".