Neftçalada 32 yaşlı qadın özünü Kürə atıb

7 Noyabr 2024 11:41 (UTC+04:00)

Neftçala sakini özünü Kürə atıb. SİA-nın məlumatına görə, hadisə Neftçalanın Bankə qəsəbəsində qeydə alınıb. Rayon sakini 1992-ci il təvəllüdlü Məmmədova Vəfa Ruxsad qızının özünü çaya atdığı bildirilir.

İlkin məlumata görə, qadının paltarları çayın sahilində tapılıb. Onun ötən gün gecə evdən çıxdığı və geri qayıtmadığı bildirilir.

Axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.