"8 noyabr zəfəri sayəsində torpaqlarımızın azad edilməsi bütün türk dünyası üçün tarixi hadisədir". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulmuşdur: "2023-cü ildə baş verən antiterror hadisəsi hərb tariximizin unudulmaz qələbə tarixlərindən biridir.
Azərbaycan Cənubi Qafqazın səhifəsini dəyişmişdir. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu haqlı zəfərlə fəxr edəcəklər. Göstərilən bütün maneələrə baxmayaq addım-addım irəliləyirik. Qarabağda bərpa-quruculuq işləri davam etdirilir. Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva müntəzəm olaraq bölgəyə səfər edir və Qarabağı diqqətdə saxlayırlar. Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban xanıma təbrik məktubları ünvanlayırıq və yeni uğurlar arzulayırıq.
Birinci və ikinci Qarabağ müharibəsində həlak olan dinc soydaşlarımızı heç zaman unutmuruq.
Azərbaycanın tarixi, mərdlik tarixidir. Xalqımız bütün çətinliklərə sinə gərmiş, qələbə qazanmışdır. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz bütövlüyünü qorumaqla gələcəyə doğru inamla addımlayır".