Azərbaycanın basketbol millisi səfərdə Polşa ilə üz-üzə gələcək

7 Noyabr 2024 10:59 (UTC+04:00)

Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində bu gün səfərdə Polşa yığması ilə üz-üzə gələcək. SİA-nın məlumatına görə, C qrupunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 23:30-da start veriləcək.

Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə edəcəklər.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci matçda Belçikaya da yenilib - 28:136.