Bayram günlərində bank və valyuta mübadilə xidmətləri fəaliyyət göstərəcək

7 Noyabr 2024 10:30 (UTC+04:00)

Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, “Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib. SİA bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), “Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək.

Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək.

Banklar, “Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər (Banklar, "Azәrpoçt", MMC Valyuta mübadilə məntəqələri) təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq.