Qadın ikinci bir kişi ilə necə sarılıb qol-boyun ola biləcək?! - MÜĞƏNNİ OD PÜSKÜRDÜ

7 Noyabr 2024 10:29 (UTC+04:00)

Ötən gün efirlərin birində aktrisa və aparıcı Aynur Sevgi ikinci dəfə ailə qurmağa pis baxdığını bildirib. Belə ki, o övladı böyük olan anaların ikinci dəfə evlənmələrinin qəti əleyhinə olduğunu dilə gətirib. SİA mövzu ilə bağlı müğənni Ofelya Şabanovanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, əgər xanım, övladları ola-ola ailəsi dağılıbsa, və ya həyat yoldaşı dünyasını dəyişibsə ikinci dəfə ailə qurmaq olmaz: "Mən dərk edə bilmirəm, qadın ikinci kişiyə "səni sevirəm" sözünü necə deyə biləcək?! Necə ona sarılıb qol-boyun ola biləcək?! Axı onun yadına, ilk yoldaşına, ilk kişisinə dediyi sözlər, etdiyi əməllər yadına düşməyəcək?! Bundan əzab çəkməyəcək?! Mən kişi olsam ilk olaraq bunu düşünürəm ki, axı bu qadın məndən öncə başqa birisinin qoynunda olub.

Əsas olaraq da övladları travma alacaq. Bəzi qadınlar deyir ki "uşaqlarımın yaxşı yaşaması üçün ikinci dəfə ailə qurdum və ya quracam". Bu ağ yalandır. Bu sadəcə olaraq qadının öz maddi və mənəvi maraqlarını düşünməkdən başqa heçnə deyil".

Ayşən Vəli