Zaqatalada yeni doğulan körpə ölüb. SİA-nın məlumatına görə, bu gecə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) doğum evində yeni doğulan körpə ölümü baş verib. Rayonun Yuxarı Tala kənd sakini Pərvana Şahid qızı İsgəndərova 04.11.2024-cü il tarixində qeysəriyə yolu ilə körpə dünyaya gətirib. Yeni doğulan cinsi oğlan olan körpə bu gecə Zaqatala RMX-nın doğum şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, bu faktla birlikdə yeni doğulan körpə ölümü noyabr ayı ərzində ikici hadisədi. Rayonun Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü Sahibə Sahib qızı Məmmədova doğuş üçün xəstəxanaya müraciət edib. Noyabrın 1-də baş tutan doğuş zamanı körpə ölüb.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.