Yaponiyada güclü zəlzələ oldu

7 Noyabr 2024 08:42 (UTC+04:00)

Yaponiyaya məxsus Bonin adalarının sahilində 5,8 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 02:55-də qeydə alınmış zəlzələnin episentri Hahajima adasından 151 km cənub-şərqdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.