İki polis əməkdaşı Leninqrad vilayətində yükdaşıyanlardan1 milyon rubl dəyərində rüşvət almaqda şübhəli bilinir.
SİA GUMVD-nin Sankt-Peterburq və region üzrə mətbuat xidmətinə istinadən xəbər verir.
Leninqrad vilayətinin Vıborq rayonunun polis idarələrindən birinin rəisi və Dövlət Yol Müfəttişliyinin şöbə rəisinin müavini saxlanılıb.
İlkin məlumata görə, hər iki əməkdaş iş adamlarına himayədarlıq etdiyinə və ağır yük avtomobillərinin rayon ərazisindən maneəsiz keçməsini təmin etdiklərinə görə yükdaşıyıcılardan hər ay qeyri-qanuni mükafat alıblar.
...Polislərin təqsiri təsdiqlənərsə, onlar daxili işlər orqanlarından xaric edilərək qanunvericiliyə uyğun cəzalandırılacaq, rəhbərləri ciddi intizam tənbehi tədbirləri görəcəklər.
...Bundan əvvəl məlum olub ki, Sankt-Peterburq yol polisinin rəisi Aleksey Timoşenko 500 min rubl məbləğində rüşvət verməkdə şübhəli bilinərək saxlanılıb. İlkin məlumatlara görə, o, bu məbləği Mayakovski küçəsindəki ofisində Federal Təhlükəsizlik Xidmətinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə idarəsinin “M” xidmətinin tanış əməkdaşına köçürüb.
Nazlı Almuradova