“Amerikanın qətiyyətli liderliyinə güvənirik”

6 Noyabr 2024 20:46 (UTC+04:00)

Ukrayna Xarici işlər naziri Andrey Sibiqa Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığı gücləndirərək Rusiya-Ukrayna müharibəsində ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacaqlarını bildirdi.

O, “X” hesabında paylaşım edərək Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampı bu gün təbrik etdiyini xatırladıb.

SİA-nın əldə etdiyi məlumata görə, Zelenski və Tramp arasında uzunmüddətli, konstruktiv və nəticə yönümlü bir dialoqun mövcud olduğunu vurğulayan Sibiqa bu ifadələri işlədib: "Ukrayna-ABŞ strateji tərəfdaşlığını gücləndirmək və hərtərəfli, ədalətli və davamlı sülhü daha da yaxınlaşdırmaq üçün birlikdə çalışacağıq. Amerikanın qətiyyətli liderliyinə güvənirik."