100 yaşlı qadın uzunömürlülüyün sirlərini açır

6 Noyabr 2024 22:25 (UTC+04:00)

...Yüz illiyini qeyd edən İrlandiya sakini uzunömürlülüyünün səbəblərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Irish Independent” yazır.

…Ketlin Pirs 2 noyabr şənbə günü ad gününü qeyd edib. Onu təbrik etmək üçün dünyanın hər yerindən gələn uşaqlar, nəvələr, nəticələr toplaşıb.

Yüz yaşlı qadın 5 noyabr 1924-cü ildə Tipperari qraflığında, Coolnagowherdə yeddi uşağın ən kiçiyi olaraq anadan olub. Daha sonra telefon operatoru kimi çalışıb və sonra İnçdə əri ilə öz biznesini açıb. Onların iki dəst əkiz və üçəm olmaqla 10 övladı olub.

Pirsin hazırda 17 nəvəsi və altı nəticəsi var.

Təqaüdə çıxandan sonra qadın istixanasında tərəvəz və meyvə yetişdirməyi, xəbərləri oxumağı və zehnini iti saxlamaq üçün qəzetlərdə krossvordlar həll etməyi sevirdi.

O, uzunömürlülüyünün sirri kimi zəhmət, yaxşı yemək və imanı (dua etməyi – A.B.) göstərib.

Sağlamlığınız sizin sərvətinizdir və mən çox şanslıyam ki, heç bir ağrı və ya xəstəliyim yoxdur.

Bundan əvvəl Britaniyanın Nortviç şəhərinin sakini 104 yaşını qeyd edib.

O, uzunömürlülüyünü şərab və cinə olan sevgisi ilə əlaqələndirib.

Nazlı Almuradova