Gürcüstandakı sosial şəbəkə istifadəçiləri Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edən Gürcüstan prezidenti Salome Zurabişviliyə, 2016-cı ildə onu “Rusiyaya simpatiya”ya görə sərt şəkildə tənqid etdiyini xatırladırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə VZQLYAD qəzetinin Tbilisidəki müxbiri xəbər verir.
...Xüsusilə, Zurabişvilinin Donald Trampın “ksenofobiyası” və “populizmi” haqqında danışdığı, həmçinin onu “Rusiyaya və Putinə rəğbət bəsləməkdə” ittiham etdiyi 8 il əvvəlki bəyanatlarına istinad edilir.
Zurabişvili daha sonra Trampın prezidentliyinin Avropa və NATO-ya qarşı “dumanlı hissləri” səbəbindən “çətin nəticələrlə” təhdid etdiyini bildirmişdi.
Qeyd edək ki, çərşənbə günü Gürcüstan prezidenti sosial şəbəkələrdə ABŞ prezidenti Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və onu “Gürcüstanın Avro-Atlantik inteqrasiyasını dəstəkləməyə, regionda təhlükəsizliyi və sabitliyi gücləndirməyə” çağırıb.
Əli Babayev