Albaniyanın şimalındakı Kukes şəhərində Kara Drin çayı üzərində inşa edilən və Kosovo ilə daha təhlükəsiz yol olan Böyük Kukes körpüsü nəqliyyata açılıb.
SİA-nın məlumatına görə, Albaniyanın Baş naziri Edi Rama müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslərlə birlikdə nəqliyyatın hərəkətinə açılan körpünün açılış mərasimindəki çıxışında deyib: “Bu körpü ilə köhnə iki zolaqlı körpüdəki tıxacı nəhayət, aradan qaldıracağıq. Tikintisinə 2020-ci ildə başlanan, həm də sənət əsəri olacaq bu körpü təxminən 40 milyon avroya başa gəlib”.
Albaniya ilə Kosovonu birləşdirən Millətin Yolu (Rruga e Kombit) şossesi daxilində inşa edilən 4 zolaqlı Böyük Kukes körpüsü uzunluğu 310, hündürlüyü 56 metr olan geniş tağvari metal konstruksiyadan ibarətdir.