Tacikistan vətəndaşını ölkəsinə təhvil verilib

6 Noyabr 2024 15:41 (UTC+04:00)

Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti təmin edilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.