“900 nəfər metropoliten əməkdaşları qaydalar barədə təlimatlandırılıb“ - Ağəli Hüseynov

6 Noyabr 2024 15:45 (UTC+04:00)

“Bakı Metropoliteni QSC ilə Fövqalədə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib olunub. Belə ki, Metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələr keçirilib”. SİA xəbər verir ki, bu barədə Fövqaladə Hallar Nazirliyinin COP29 Əməliyyat Qərargahının rəhbəri, polkovnik Ağəli Hüseynov deyib.

O bildirib ki, cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb: “2024-cü ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. Əlavə olaraq, COP29 tədbiri ilə əlaqədar olaraq Bakı Metropoliteninin “Koroğlu”, “Ulduz” və “Xətai” metrostansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparır”.