“COP29 dövründə Bakı metropolitenində könüllülər fəaliyyət göstərəcək. SİA xəbər verir ki, bu sözləri COP29-la bağlı brifinq zamanı Bakı Metropoliteni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.
O bildirib ki, COP29 Əməliyyat Şirkətinin layihəsi əsasında seçilmiş 100 könüllü metropolitenin 10 stansiyasında xidmət göstərir: “Könüllülər noyabr ayının 22-dək 10 metropoliten stansiyasında növbəli rejimdə fəaliyyət göstərəcəklər. Onlar “Koroğlu” ilə yanaşı, Qırmızı xəttin “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov”, Yaşıl xəttin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” stansiyalarında çalışacaqlar. Könüllülər əcnəbi, eləcə də Bakı metropolitenindən az istifadə edən sərnişinlərə COP29 məkanlarına gediş-gəliş və digər faydalı və zəruri məlumatları təqdim edəcəklər”.