Sumqayıtda 26 yaşlı qadın eltisini bıçaqladı - YENİLƏNİB

6 Noyabr 2024 12:34 (UTC+04:00)

1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) 05.11.2024-cü il tarixində saat 16:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub. SİA xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Döş qəfəsinin sağ yarısının ön səthinin süd vəzi payının boşluğa keçməyən və sağ qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilən şəxs əməliyyat olunaraq zəruri tibbi yardım göstərilib. Vəziyyəti əməliyyata uyğun stabildir.

Qeyd edək ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ruhanə Quluzadə saxlanılıb.