İspaniyada 218 nəfərin ölümünə səbəb olan daşqın nəticəsində onlarla insan itkin düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, oktyabrın 29-da İspaniyada baş verən və 218 nəfərin həyatını itirdiyi Valensiya başda olmaqla ölkənin şərq və cənub bölgələrini təsir edən sel fəlakətində 89 nəfərin hələ də itkin düşdüyü bildirilib.
Valensiyada 213, Kastiliya-La-Mançada 4 və Əndəlüsdə 1 olmaqla ən azı 218 nəfərin həyatını itirdiyi sel fəlakətinin baş verdiyi bölgələrdə şəxsiyyətin müəyyənləşdirilməsi ilə yanaşı axtarış-xilasetmə işləri də davam edir.
Məlumat İnteqrasiya Mərkəzi ilk dəfə rəsmi itki sayını açıqlayıb. Mərkəzin məlumatına görə, rəsmi qeydlərdə 89 nəfər itkin kimi görünsə də, qeyd olunmayan və ya ümumiyyətlə qeydə alınmayan itkin düşmüş insanların ola biləcəyi bildirilir.