UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulacaq. SİA-nın məlumatına görə, son oyun günündə 9 qarşılaşma baş tutacaq.
Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşəcək. İngiltərə “Arsenal”ı səfərdə “İnter”in (İtaliya) qonağı olacaq. İspaniya təmsilçisi “Barselona” isə Serbiyada “Srvena Zvezda” ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
IV tur
6 noyabr
21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə)
21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boys” (İsveçrə)
00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya)
00:00. PSJ (Fransa) - “Atletiko” (İspaniya)
00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə)
00:00. “Feyenoord” (Niderland) - “Zaltsburq” (Avstriya)
00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya)
00:00. “Sparta” (Çexiya) - “Brest” (Fransa)
00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tur noyabrın 26-da start götürəcək.