Türkiyənin sığorta brokerini reyestrinə daxil edib

6 Noyabr 2024 09:25 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkətini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 93-ə çatıb.

Bundan əvvəl oktyabrda 4 xarici ölkəyə məxsus 5 şirkət sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.

Xatırladaq ki, "BMS Group Sigorta ve Reasürans Brokerliği" 2020-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.