Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında ötən gün ilk məhkəmə prosesi keçirilməli idi. SİA xəbər verir ki, lakin keçirilməli olan məhkəmə iclası təxriə salınıb. Bu barədə Roza Zərgərli "Maqazin Plus"a açıqlamasında bildirib: "Məhkəmənin ilk iclası təxirə salınıb. Bunun da niyəsini işi aparanlar bilir. İnşallah siz də nəticəsini görəcəksiniz".
Xatırladaq ki, Əməkdar artist Elza Seyidcahan xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və müğənni Roza Zərgərlinin ona böhtan atdığını bildirib.