Ətraf mühitin çirklənməsinin əsas səbəblərindən biri insanların düzgün olmayan şəkildə atdıqları zibildir. Bəs niyə insanlar yaşadıqları ətraf mühiti çirkləndirməyə bu qədər əmək sərf edirlər?
SİA mövzu ilə bağlı araşdırma aparıb.
Yol kənarlarına yığılan plastik butulkalar və ya torbalar, meşələrdə qalaqlanan zibil və plastik tullantılar, dənizlərdə üzən polietilen torbalar, çimərlikləri bürüyən siqaret kötükləri... İnsanı küçəyə zibillə dolu zibil torbasını yola atmağa vadar edən nədir? Bu sadəcə eqoizmdir? Kaliforniya Dövlət Universitetindən professor Paul Wesley Schultz “The Irish Times” portalında dərc olunan məqaləsində iddia edir ki, ətraf mühiti çirkləndirmək və ən çətin yerlərdə zibil atmaq təkcə eqoizm məsələsi deyil. Schultz'a görə, əgər ərazi zibilsizdirsə və baxımlıdırsa, insanların oraya zibil atma ehtimalı daha azdır. Şults iddia edir ki, həllin üçdə ikisi bu, üçdə biri isə insanın özüdür.
Conserve Energy Future jurnalında dərc olunan məqalədə zibil atma səbəbləri aşağıdakı kimi sadalanır:
1. Bir ərazinin artıq zibilli olması
Araşdırmalar göstərir ki, hansısa ərazidə zibil varsa, insanların ora zibil atma ehtimalı daha yüksəkdir.
2. Tikinti layihələri
Zibillərin çoxu tikinti layihələrindən və tikinti işçilərinin yemək tullantılarından gəlir.
3. Tənbəllik və diqqətsizlik
Adətən insanlar çox tənbəl olurlar ki, bu da zibilləri düzgün şəkildə atmaqda istəksizlik yaradır. İnsanların düşünmədən zibilləri hər yerə atmasının əsas səbəblərindən biri diqqətsizlikdir.
4. “Heç nə olmayacağına” inanmaq
İnsanlar etdiklərinin heç bir nəticəsi olmadığını düşünür və onlara əhəmiyyət vermir.
5. Zibil qutularının olmaması
Kütləvi zibil qutularının olmaması geniş yayılmış zibil səhnəsinin günahkarlarından biridir. Bəzi yerlər var, amma kifayət deyil. İnsanlar ağzına qədər dolu və pis qoxu gələn qaba yaxınlaşmaq əvəzinə, zibillərini yaxınlıqdakı yerə qoyurlar. Külək və heyvanlar da zibillərin ətrafa dağılmasına səbəb olur.
6. Ekoloji maarifləndirmənin zəifliyi
Çoxları zibil atmağın ətraf mühitə mənfi təsir etdiyini bilmir və hər yerə zibil atmaqda davam edirlər.
7. Aşağı cərimələr
Bir çox ölkələrdə zibilliyə görə cərimələr çox aşağıdır və hətta belə cəzalar yoxdur. Bir çox insanlar bunu etdiklərini normal hərəkət kimi qəbul edirlər.
8. Sürü psixologiyası
Psixologiyaya görə, gördüyümüz insanlardan şüursuz da olsa təsirlənmək insan təbiətinin bir hissəsidir. Əgər ətrafımızdakı insanlar zibil atmaqda çox vasvası və şüurludurlarsa, onların davranış nümunələri bizə təsir edir.
Bəs, şəhərin təmizliyini qorumaq üçün qanunlar bəs edirmi?
AZƏRBAYCAN
Azərbaycanda avtomobildən zibil atmağa görə cərimə 200 manatdan 4000 manata qədər artırılacaq. Bu, Milli Məclisdə müzakirə olunan inzibati hüquq pozuntuları haqqında qanuna əlavə ediləcək dəyişiklikdə öz əksini tapıb.
Hal-hazırda, avtomobildən hər hansı bir əşyanın atılmasına görə cəza 30 manatdır. Yeni təklifə əsasən, yolda və ya yol infrastrukturuna zibil və ya digər əşyaların atılmasına görə fiziki şəxslərə 200 manat, vəzifəli şəxslərə 1000 manat, hüquqi şəxslərə isə 4000 manat cəza tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Qeyd edək ki, bu gün Azərbaycanda tütün məhsulları tullantıları ilə ətraf mühitin çirklənməsinə görə cərimələrin də ciddi şəkildə artdığı bildirilib.
Bu cəza artımı, ətraf mühitin qorunmasına yönəlmiş ciddi addımların bir hissəsidir və cəmiyyətin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olmağı hədəfləyir.
Bu barədə ötən günlərdə deputat Fazil Mustafa da cərimələrin arıtırlmasının tərəfdarı olduğunu bildirmişdi: "Tıxac və parklanma, eyni zamanda digər nəqliyyatla bağlı cərimələrin tətbiqinə münasibətim əslində müsbət deyil. Çünki vətəndaş hədsiz dərəcədə əziyyətə salınır. Vətəndaşın yaşam şərtləri, vəziyyəti nəzərə alınmalıdır. Amma bəzi cərimələrin, eyni zamanda tullantılarla bağlı cərimələrin artırılmasının tərəfdarıyam. Ona görə ki, bu sırf mədəni komponentlə, məsuliyyətsizliklə bağlıdır. Biz cəmiyyətə maariflənmə ilə bunu öyrədə bilmiriksə, cərimələrin tətbiqinə məcbur oluruq.
Aksizlər məsələsinə də diqqət etsək görərik ki, ölkəmizdə əsasən aksizlərin artırılması zərərli vərdişlər yaradan siqaretə, spirtli içkilərə tətbiq olunur. Bunun əsas səbəbi həmin vərdişlərin azaldılmasıdır və kifayət qədər də müsbət nəticələr verir. Bu mövzuda cərimələr də o funksiyanı yerinə yetirəcək. Biz düşünmürük ki, insaların 10 manatı var deyə zibil atır, 100 manat olsa, atmayacaq. Cərimələri də bir-birindən ayırmaq lazımdır. Zəruri cərimələr, məsuliyyətə cəlb edən cərmələr və şərait olmadığı halda tətbiq olunan cərmələr. Hansı ki, sən vətəndaşını yaxşı yol infrasturukturu ilə təmin etməmisən, amma onu tıxac yaratdığı üçün cərimələyirsən".
DÜNYA TƏCRÜBƏSİ
İNGİLTƏRƏ
İngiltərənin Mançester şəhərində 2009-cu ildə yediyi hot-doqun qabığını yerə atmaqda günahlandırılan tələbə 11 il sonra məhkəmə qarşısına çıxarılıb və cərimələnib. 2009-cu ilin avqustunda yoxluğunda məhkəmə xərcləri də daxil olmaqla 370 funt sterlinq (təxminən 147 AZN) cərimələnən Qreys Firth məhkəmə iclasında keçmiş evinə göndərilən çağırış vərəqəsi ilə bağlı iddia açıldığını belə bilmədiyini söylədi. Hakim indi 32 yaşında olan Firtin izahatını qəbul etdi. Məhkəmə xərcləri silinərkən, cərimə 22 AZN endirildi.
İngiltərənin paytaxtı Londonda siqaret kötüyü, saqqız və ya hər hansı digər zibilləri yerə atmanın cəzası 26 AZN-dır. Bələdiyyələr tərəfindən toplanan bu cərimələr 15 gün ərzində ödənilməzsə, məhkəməyə müraciət edilir və cərimənin məbləği 2500 funt-sterlinqə (təxminən 944 AZN) çata bilər.
Yerə zibil atanları cəzalandırmaq üçün bələdiyyələr özəl mühafizə şirkətləri ilə müqavilə bağlayır. Ötən ilin avqustunda İngiltərədə dərc edilən məlumatlara görə, son altı ildə tətbiq edilən cərimələrin nisbəti dörd dəfədən çox artıb.
Britaniyanın “Guardian” qəzetinin məlumatına görə, 2018-ci ildə bələdiyyələr zibilləri yerə atdıqlarına görə 250 mindən çox insanı cərimələyiblər. Bu cərimələrin 86 faizinin bələdiyyələr adından işləyən özəl şirkətlər vasitəsilə tətbiq edildiyi açıqlanıb.
ALMANİYA
Almaniyanın paytaxtı Berlində ekoloji maarifləndirməni gücləndirmək və çirkləndirici davranışlara qarşı daha sərt tədbirlər görmək məqsədilə çölə zibil atanlara qarşı cəzalar əhəmiyyətli dərəcədə artırılır. Yeni cəza kitabçası çərçivəsində köhnə təkərlərdən siqaret kötüklərinə qədər hər cür zibil üçün cəzalar ağırlaşdırılıb.
Yeni cəza kitabçasını hazırlayan Xristian Demokratlar Partiyasının (CDU) fraksiyasından deputat Lars Bocian yeni tənzimləmə ilə bağlı açıqlamalar verib. "Cəzalar qəsdən ağırlaşdırılıb və bu, son dərəcə zəruridir" dedi Bildirilib ki, sözügedən cinayət kataloqu yaxın vaxtlarda həm Parlamentdə, həm də Senatda müzakirə olunacaq.
Ötən il Berlində təmizlik işlərinə 12 milyon avro xərclənib
Lars Bocian qeyri-qanuni zibil tullantılarının təmizlənməsinə hər il milyonlarla avro xərcləndiyini vurğuladı. Keçən il bu xərclərin təxminən 12 milyon avroya çatdığı təxmin edilir.
Kataloqa yeni zibil cərimələri də daxil ediləcək:
- Zibil torbaları: hər biri 500 Avro
- 100 kiloya qədər tikinti söküntüsü: 25 min avro, hər əlavə 100 kilo üçün 22 min avro
- 100 kiloya qədər kommersiya tullantıları: 25 min avro, daha çox 100 kilo üçün 16 min 500 avro
- Təhlükəli tikinti tullantıları (asbest kimi) üçün 65 min avro, əlavə 100 kilo üçün 45 min 000 avro
- Qarışıq zibil atanlara 75 min avro pul cəzası
Yeni qanuna görə, çölə qarışıq zibil atanlar 75 min avro, bunu təkrarlayanlar isə 85 min avro cərimələnəcək. O da bildirilir ki, yığılan pullarla ətraf mühiti çirkləndirənləri tapmaq üçün özəl detektivlər işə götürüləcək.
Cəzalar göstəriş verən şəxsə də keçə bilər
Bundan əlavə, heyvanların mühafizəsi məqsədilə ümumi zibil atılan yerlər kameralarla izlənəcək. Yeni qanunda cərimələrin göstəriş verən şirkətlərə, rəhbərlərə və ya müştərilərə ötürülməsinin mümkünlüyü də vurğulanıb.
ANKARA
Məcburi tullantıların qəbulu, ilkin təmizlənməsi və ya zərərsizləşdirilməsi obyektləri yaratmayan və ya istismar etməyənlərə 1 milyon 161 min 568 lirə inzibati cərimə tətbiq ediləcək.
Müvafiq qanun və qaydada nəzərdə tutulmuş normaları pozaraq və ya tədbir görmədən tullantıları atanlar 464 min 585 lirə, bu hərəkət yaşayış yerləri ilə bağlı törədildikdə isə 11 min 540 lirə məbləğində cərimə ediləcək.
Bioloji müxtəlifliyi məhv edənlərə və elan edilmiş Xüsusi Ətraf Mühitin Mühafizəsi əraziləri üçün müəyyən edilmiş mühafizə və istifadə prinsiplərini pozanlara və bataqlıqlar üçün əsasnamə ilə müəyyən edilmiş mühafizə və istifadə qaydalarını və prinsiplərini pozanlara 387 min 141 lirə cərimə tətbiq ediləcək.
Avtomobildən ZİBİL atmağa görə cəza: 196 TL
Türkiyədə inzibati cərimələr hər il avtomatik olaraq artırılır. 2022-ci ildə Ətraf Mühit Qanununu pozanlara tətbiq ediləcək cərimələr 36,2 faiz artırılıb.
Trafikdə hərəkətdə olarkən yola plastik butulka, zibil və ya başqa əşya atdığınız aşkar edilərsə, 196 TL yol cəriməsi ödəməlisiniz. İşlənmiş qaz tullantılarını ölçməmiş avtomobil sahibləri 2815 lirə, ictimai yerlərdə ətraf mühiti çirkləndirənlər 1362 lirə, yol hərəkətində narahatedici səsli musiqi dinləyənlər isə 1 lirə cərimə ödəməlidirlər.
İctimai yerlərdə ətraf mühiti çirkləndirənlərə 4 min 810 lirə cərimə kəsilib
Digər tərəfdən, ictimai yerlərdə ətraf mühiti hər hansı şəkildə çirkləndirənlərin cəriməsi 4 min 810 lirə olaraq təyin edilib. Tənzimləmə ilə təhlükəli tullantıların ölkəyə daxil olmasına icazə verənlərin, qeyri-qanuni yollarla toplayan, saxlayan və ixrac edənlərin cərimə məbləğləri də artırılıb.
Prosedur və prinsiplərə zidd olaraq polietilen torbalarla təmin olunduğu aşkarlanan satış məntəqələrinə qarşı cərimələr tətbiq olunacaq. Müvafiq qanunvericiliyə zidd və ya Nazirlik tərəfindən müəyyən edilmiş qayda və prinsiplərə zidd olaraq plastik torbaların pulsuz verilməsi aşkar edilən satış məntəqələri anbar sahəsi istisna olmaqla, qapalı satış sahəsinin hər kvadratmetri üçün 79,59 lirə məbləğində cərimə ediləcək və elektron satış edənlər 14 min 432 lirədən 144 min 339 lirəyə qədər cərimələnəcək.
İSVEÇRƏ
İsveçrənin Bil şəhər sakini 2017-ci ilin noyabrında zibilini dövlət xidmətləri briqadası götürmədiyi gün icazəsiz torbaya qoyaraq küçədə qoyduğu üçün həbs cəzasına məhkum edilib. Zibilin qaydalara uyğun utilizasiyasına cavabdeh olan dövlət xidmətlərinin işçiləri günahkarı müəyyən edərək, zibilləri qaydalara uyğun atmayan şəxsi 150 İsveçrə frankı (təxminən 150 dollar) məbləğində cərimələyiblər. Lakin son cəriməni ödəməyən şəxsin cəzası həbslə əvəzlənib.
Digər tərəfdən, 33 yaşlı kişinin daha əvvəl qumar qanunlarını pozduğu üçün 6,5 min frank cərimə olunduğu və cəriməni ödəmədiyi bildirilib. Vəziyyəti dəyərləndirən prokurorluq yayda həmin şəxsə qumar qanunvericiliyini pozduğuna görə 90 sutka, zibil satışına görə isə iki sutka həbs cəzası verilməsini təklif etsə də, bu günə kimi cavab almayıb.
Qəzetin yazdığına görə, indi həmin şəxsin həbs olunacağı dəqiqdir. Yeganə problem odur ki, kişinin yeni yaşayış yerini müəyyən etmək mümkün deyil.
2017-ci ildə Bildə düzgün olmayan zibillərə görə 209 cərimə tətbiq edilib. Bundan başqa, meşəyə köhnə təkər və mebel atdıqları üçün 600 nəfərə xəbərdarlıq edilib.
Ayşən Vəli