Böyük Britaniyada iki qadın 57 ildən sonra doğum evində dəyişik düşdüklərini və bütün həyatları boyu doğma valideynləri ilə yaşamadıqlarını biliblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,
səhv Milad hədiyyəsi sayəsində aşkar edilib.
Qadınlar 1967-ci ildə Midlandsdakı doğum evində anadan olublar, lakin onların mənşəyi ilə bağlı həqiqət 2021-ci ildə Milad bayramı üçün Toni adlı kişiyə DNT testi verildikdən sonra ortaya çıxmağa başlayıb.
Testdən keçən kişi, bir bacısının olduğunu bilib, lakin bu, onunla birgə böyüdüyü Jessica deyil, ona tanış olmayan bir qadın- Kler idi.
Klerin məlumatları da bu bazada idi, çünki bir neçə il əvvəl o da DNT testi keçirmişdi və valideynlərinin özünün olmadığını bilib.
Toni və Kler nəhayət əlaqə saxlayıblar və belə nəticəyə gəliblər ki, Jessica və Kler eyni vaxtda eyni xəstəxanada doğulduqları üçün doğum zamanı dəyişik düşüblər.
Bundan sonra Kler əsl anası və atası ilə tanış olub.
Onun sözlərinə görə, o, sadəcə onların necə göründüyünü görmək və söhbət etmək istəyib. Onların tez-tez işə gedərkən keçdiyi kənddə yaşadığı məlum oldu.
Kler etiraf edib ki, əsl anasını görəndə dərhal onların çox oxşar olduğunu, eyni gözlərə sahib olduğunu fərq edib. Anası da ona oxşarlıq gördüyünü söyləyib: Kler gəncliyində ona özünü xatırladıb. Qadınlar dərhal yaxınlaşıblar və illərin geri qaytarıla bilməyəcəyini etiraf etmələrinə baxmayaraq birlikdə daha çox vaxt keçirməyə çalışırlar.
Bu arada, Jessica artıq onu böyüdən qadını "ana" adlandırmır, baxmayaraq ki, o, öz növbəsində onu həmişə ikinci qızı hesab edəcəyini söyləyib.
Kler bu səhvinə görə doğum evindən təzminat tələb etmək qərarına gəlib, çünki onun əslində bir gün böyük olduğu və hər zaman səhv sənədləri olduğu ortaya çıxıb.
Doğum evi hadisənin “dəhşətli səhv” olduğunu etiraf edib və dəymiş ziyanı ödəməyə razılaşıb, indi onun məbləği xəstəxanaya nəzarət edən səhiyyə xidmətinin mütəxəssisləri tərəfindən müəyyən edilir.
Nazlı Almuradova