Numan Kurtulmuş Braziliyaya gedəcək

5 Noyabr 2024 22:26 (UTC+04:00)

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş G20 Parlament Sədrləri Zirvəsində (P20) iştirak etmək üçün Braziliyaya gedəcək. Braziliya Nümayəndələr Məclisinin ev sahibliyi ilə paytaxt Braziliyada 6-8 noyabr 2024 tarixlərində keçiriləcək P20 Zirvəsi "Ədalətli bir dünya və davamlı bir planet" mövzusuna həsr olunacaq.

SİA-nın məlumatına görə, Milli Konqres Sarayında baş tutacaq zirvədə "Parlamentlərin aclıq, yoxsulluq və bərabərsizliklə mübarizəyə töhfəsi", "Davamlı inkişafın dəstəklənməsində məclislərin rolu" və "21-ci əsrin problemlərinə uyğun qlobal idarəetmənin qurulması üzrə parlamentlərin öhdəlikləri" başlıqlı sessiyalar təşkil ediləcək.

Həmin sessiyalarda çıxış etməsi gözlənilən TBMM sədri Numan Kurtulmuşun zirvə çərçivəsində bəzi iştirakçı ölkələrin məclis sədrləri ilə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.