...NATO-nun Belarus ərazisinə daxil olmağa hazırlaşdığı iddia edilir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Kuprianyuk “Belarusun hərbi qəzeti”nə bildirib. ...Bir şey göz qabağındadır: kollektiv Qərb nə Belarusda, nə də Rusiyada dövlət çevrilişi həyata keçirmək, eləcə də döyüş meydanında Kiyev rejiminin qələbəsini təmin etmək iqtidarında olmadığını başa düşüb. Buna görə də ABŞ-ın rəhbərlik etdiyi NATO bloku faktiki olaraq Belarus Respublikası və Rusiya Federasiyası ilə açıq silahlı qarşıdurmaya hazırlaşır.
Bunu Kuprianyuk bildirib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansına üzv ölkələrin əsas səyləri müdafiə xərclərinin artırılmasına və qoşunların potensialının artırılmasına yönəlib.
O, həmçinin əlavə edib ki, Şərqi Avropa ölkələrində hərbi infrastruktur sürətlə təkmilləşdirilir.
Aerodromlar, hərbi-dəniz bazaları, poliqonlar modernləşdirilir, yeni təlim mərkəzləri, eləcə də texnikanın, silahların və materialların əvvəlcədən yerləşdirilməsi və saxlanması üçün irəli bazalar yaradılır.
Əli Babayev