90-cı illərin məşhur italyan idman avtomobili istehsala qaytarılır...

5 Noyabr 2024 23:25 (UTC+04:00)

...1990 Maserati Shamal yenidən bazara çıxır. Məşhur idman kupesi 2025-ci ildə yenidən canlanacaq.

SİA xəbər verir ki, bu barədə Carscoops saytı məlumat yayıb. Layihə Maserati Biturbo Shamal Restomod adlanır və onu İtaliyanın Modena Automobili şirkəti həyata keçirir.

Orijinal model kimi, yeni Maserati Shamal da Biturbo şassisi üzərində qurulub.

Bunun üçün donor modeli götürülür, onun şassisi bərpa olunur və gücləndirilir. Lakin Maserati Biturbo Shamal-ın kuzovu tamamilə yenidir - polad və karbon lifindən hazırlanmışdır.

Ön və arxa hissənin dizaynı dəyişdirilib və daha aqressiv edilib. Müasir LED faralar, Pirelli şinləri olan 18 düymlük disklər, karbon kuzov dəsti və arxa qanad da peyda olub.

Kapotun altında Maserati Ghibli sedanından 3,0 litrlik V6 tvin-turbo quraşdırılıb, onun gücü 500 at gücünə qədər artırılıb. 8 pilləli avtomatik transmissiya ilə 100 km/saat sürətlənmə 4,9 saniyəyə, maksimal sürət isə 290 km/saata çatır.

Brembo əyləcləri avtomobilin sürətini azaldır.

Yalnız 33 Maserati Biturbo Shamal Restomod kupesi istehsal ediləcək.

Avtomobilin qiyməti 585.000 avrodur.

Nazlı Almuradova