Belçikanın Azərbaycandakı səfiri COP29-la bağlı paylaşım edib

5 Noyabr 2024 17:01 (UTC+04:00)

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un başlamasına 5 gün qaldı. SİA xəbər verir ki, bu barədə Belçikanın Azərbaycandakı səfiri Julyen de Frepon “X” platformasındakı paylaşımında bildirib.

“COP29-un başlamasına 5 gün qaldı. Bu Belçika nümayəndə heyətinin gəlişinə hazırlaşmaq üçün kritik vaxtdır”, - Frepon paylaşımında bildirib.