Əvəzedicilər Liqasında çıxış edən Gəncənin "Kəpəz-2" klubunun baş məşqçisi Xaliq Mərdanov AFFA İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırılıb. SİA xəbər verir ki, buna mütəxəssisin ölkə çempionatının XII turunda qarşılaşdıqları "Səbail-2" ilə matçda hakimi təhqir etməsi səbəb olub.
X.Mərdanov etdiyi davranışa görə qırmızı vərəqə ilə cəzalandırılıb. Klub isə 400 manat cərimələnib.