La Liqa "Barselona" - "Atletiko" matçının Mayamidə (ABŞ) keçirilməsi ideyasından imtina edib. SİA xəbər verir ki, bu barədə "Diario Sport"məlumat yayıb.
İspaniya çempionatının 18-ci turunun matçının dekabrın 22-də Mayamidə keçirilməsi planlaşdırılırdı. Ancaq görüş əvvəldən təyin olunduğu kimi Barselonada baş tutacaq.
Liqanın prezidenti Xavyer Tebas hesab edir ki, indiki şəraitdə Valensiya faciəsi fonunda İspaniya çempionatının oyunlarını ABŞ-da keçirmək düzgün deyil.
Planların ləğv edilməsinin digər səbəbi isə hazırda daimi prezidenti olmayan İspaniya Kral Futbol Federasiyasındakı vəziyyətdir. Məhz bu təşkilat oyunun ölkədən kənarda keçirilməsinə razılıq verməlidir. Lakin qurum müvəqqəti olaraq idarə heyəti tərəfindən idarə olunur.
Bununla belə Tebas oyunun 2025-ci ildə ABŞ-da keçiriləcəyini istisna etmir.