"Reanimasion xəstəliklərdə sedasiya və analgeziya"

5 Noyabr 2024 11:53 (UTC+04:00)

1 noyabr 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədov "Reanimasion xəstəliklərdə sedasiya və analgeziya" mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, Xəyal həkim çıxışında reanimasion xəstəliklərdə sedasiya və analgeziya üsullarının əhəmiyyəti, tətbiq sahələri və tibbi prosesdə qarşıya çıxan çətinliklər, müasir elmi tədqiqatların nəticələri barədə, eləcə də müxtəlif sedasiya və analgeziya texnikalarının müsbət və mənfi tərəfləri, tətbiq prosesində diqqət ediləcək aspektlər və kliniki təcrübədə istifadə olunan müasir metodlarla bağlı ətraflı danışıb.

Seminarın əsas məqsədi rezidentlərə və tibbi mütəxəssislərə reanimasiya sahəsində sedasiya və analgeziya tətbiqləri ilə bağlı biliklərini genişləndirmək və bu sahədəki yenilikləri müzakirə etmək imkanı yaratmaqdır. Seminarda Mərkəzi Gömrük Hospitalının klinik bazasında təhsil alan həkim-rezidentlər iştirak ediblər.