“Aksiyanın məqsədi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir” - Günel Mehdiyeva

5 Noyabr 2024 10:19 (UTC+04:00)

“Respublika Qan Bankının təşəbbüsü və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təşkilatçılığı ilə qanvermə aksiyası keçirilir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Respublika Qan Bankının həkimi Günel Mehdiyeva deyib.

O bildirib ki, qanvermə aksiyasının məqsədi talassemiya və digər bütün qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etməkdir: “Götürülən qanlar Respublika Qan Bankına çatdırılır, orada müayinə edilərək, tədarük olunur və istifadəyə verilir. YAP Mərkəzi Aparatı qanvermə aksiyasını mütəmadi olaraq hər iş təşkil edir. Aksiyada iştirak edən bütün YAP rəhbərliyinə və üzvlərinə təşəkkür edirik”.