Moskva müharibəyə göndərdiyi 3344 əcnəbiyə vətəndaşlıq verib

5 Noyabr 2024 00:46 (UTC+04:00)

...Putinin fərmanı ilə 2024-cü ilin əvvəlindən Rusiya 3344 əcnəbiyə vətəndaşlıq verib.

SİA-nın məlumatına görə, Rusiya Ukraynaya təcavüzünün iştirakçılarına və onların ailə üzvlərinə pasportların verilməsinə böyük məmnuniyyətlə icazə verir.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib.

...Onun statistikası yalnız hərbçilərə və ya onların yaxınlarına da aiddirmi sualını cavablandıran İrina Volk, bir daha Putinin Rusiya ordusu və ya rusiyayönlü hərbi birləşmələrlə illik müqavilə bağlayan hərbçilərə vətəndaşlıq verilməsinə icazə verdiyini bildirib.

O, analoji qanunun 2022-ci ildə qəbul edildiyini də xatırladıb.

...Yeri gəlmişkən, qeyd edək ki, Rusiya Ukrayna ilə müharibə zamanı hərbi qeydiyyata düşməkdən imtina edən vətəndaşlıq almış vətəndaşların vətəndaşlığının ləğvinə icazə verən qanun da qəbul edib.

Sentyabr ayında Daxili İşlər Nazirliyi bu qanunun tətbiqinə başladığını elan edib.

Bundan əlavə, vətəndaşlığa qəbul edilmiş vətəndaşların pasportdan məhrum edilə biləcəyi əsasların siyahısı kəskin şəkildə genişləndirilib.

Volk bildirib ki, 2024-cü ilin ilk səkkiz ayı ərzində 1117 rusiyalı vətəndaşlıqdan məhrum olub.

Əli Babayev