"Barselona"nın keçmiş futbolçusu cinsi təcavüzdə ittiham olunur

4 Noyabr 2024 21:15 (UTC+04:00)

İspaniyanın "Barselona"sının və İtaliyanın "Yuventus" klubunun sabiq yarımmüdafiəçisi, hazırda Çilinin "Kolo-Kolo" klubunda çıxış edən Arturo Vidal cinsi təcavüzdə ittiham olunub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə ADN telekanalı bildirib.

Mənbənin sözlərinə görə, hadisənin Vitacura şəhərindəki barda baş verdiyi iddia edilir. Qeyd olunur ki, zərərçəkmiş narkotik sərxoşluğu vəziyyətində olub, bundan sonra cinsi zorakılığa məruz qalıb.

İşdə bir neçə “Kolo-Kolo” idmançısı iştirak edir. Mənbə hüquq-mühafizə orqanlarının araşdırmalara başladığını iddia edir. Vidalın özü də şəxsiyyəti təsdiqləmək üçün artıq polis bölməsinə aparılıb.

Əli Babayev