“Dost”unu öldürəndən sonra yatmağa gedib...

4 Noyabr 2024 22:43 (UTC+04:00)

...Sankt-Peterburqun Petrodvortsovo rayonunda içkili kişi dostunu öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburqdakı MK hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.

Deməli, nəşrin məlumatına görə, şübhəlinin 33 yaşlı ortağı polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları kirayədə qaldıqları mənzilin dəhlizində meyit aşkar ediblər.

Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir. Bədbəxt kişi mədəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib. Mərhum gecə saatlarında dostu ilə spirtli içki qəbul edib. Söhbət zamanı dostlar mübahisə edib.

Nəticədə biri digərinin qarnından bıçaqlayıb.

Nazlı Almuradova