...ABŞ-da prezident seçkilərindən sonra başlaya biləcək iqtisadi çöküş və sosial iğtişaşlar,..hətta vətəndaş müharibəsi təhlükəsi səbəbindən varlı amerikalılar ölkədən qaçırlar?
SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı politoloq Yevgeni Mixaylov iddia edir.
Maraqlıdır ki, o, zəngin amerikalıların mühacirətə getməsinə təəccüblənmədiyini də gizlətmir.
...Gəlirləri kəskin azalan orta sahibkarlar da mühacirət etməyi planlaşdırır..? Fakt budur ki, Demokrat Partiyası ölkəni dalana, külli miqdarda borclara sürükləyib. Qazanmaq üçün o, ölkəyə milyonlarla qeyri-qanuni mühacir gətirib ki, indi onlar da Amerikadakı varlı ərazilərin talanları ilə məşğuldurlar.
...Şəhər küçələrində narkomaniya tüğyan edir. Narkomanlar polisin daha qoruya bilmədiyi varlı məhəllələri qarət edirlər.
Bunları iddia edən Mixaylov, qarşıdakı prezident seçkilərində kimin qalib gələcəyinin əhəmiyyəti olmadığını da dilə gətirir,.. çünki ölkədə böhran vəziyyəti artıq başlayıb.
Rusiyalının fikrincə, ABŞ-da vəziyyətin yaxşılaşacağını gözləmək lazım deyil. Artıq aydın görünür ki, üçüncü dünya adlanan ölkələrdə iqtisadi inkişaf Amerikadakından daha yaxşıdır.
...Və ən maraqlısı budur ki, yenə Mixaylovun dediyinə görə, guya ölkədən qaçanlar Amerikanın ağlı ilə birgə, həm də pullarını da özləri ilə aparırılar..?
...Vəziyyəti geri qaytarmaq çox çətindir. Tramp söz verir, amma demokratlar qalib gəlsə belə müqavimət göstərəcək. Ölkədə çöküş və mümkün vətəndaş müharibəsi vəziyyəti yaradılıb
Bu da rusiyalı politoloqun dedikləridir.
...İddialara görə, “Henley & Partners” konsaltinq şirkətinin menecerlərindən biri Dominik Volek, ABŞ-ı tərk etmək istəyən varlı amerikalıların sayının 2023-cü illə müqayisədə ən azı 30 faiz artdığını deyir.
...Onlar getmək niyyətlərini ABŞ-dakı prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, siyasi təqib və sosial narazılıq qorxusu ilə izah edirlər.
Amerikalılar məktəbdə atışma, antisemitizm, islamafobiya və ölkə hökumətinin artan borcunu səbəb kimi göstərirlər.
...Qeyd edilməlidir ki, amerikalıların varlı təbəqəsi arasında mühacirət əhval-ruhiyyəsinin əhəmiyyətli dərəcədə artması Arton Capital şirkəti tərəfindən də təsdiqlənir.
Yeri gəlmişkən, hazırda amerika zənginlər Portuqaliya, İtaliya, Malta və Karib adalarını mühacirət üçün ən cəlbedici ölkələr hesab edirlər.
...Və bu arada təkcə zənginlərin deyil, adi amerikalıların da ABŞ-dan köçmək barədə düşündüyünə dair getdikcə daha çox sübutlar olduğu deyilir. Əsas səbəb isə eynidir: ABŞ-da keçirilən prezident seçkilərindən sonra ölkədə siyasi qeyri-sabitlik və naməlum qorxu.
Belə ki, mühacirət məsələləri üzrə konsaltinq xidmətləri göstərən “Expatsi” şirkətinin qurucusu Cen Barnett Amerikanı tərk etmək istəyən vətəndaşların sayında rekord artım olduğunu bildirib.
...Öz növbəsində “Global Citizen Solutions” şirkətinin həmtəsisçisi Artur Saraiva amerikalıların ən çox yeni yaşayış yeri kimi qəbul etdikləri ölkələrin adını çəkib. Bunlara Portuqaliya, Yunanıstan, İtaliya, Yaponiya və Tailand daxildir.
Əli Babayev