Azərbaycanda növbəti torpaq hərracları elan edilib

4 Noyabr 2024 16:00 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dekabrın 5-də növbəti dəfə torpaq hərracları keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərraclar ƏMDX-nın Şirvan, Ucar, Bərdə, Beyləqan, Cəlilabad, Şamaxı və Şəkidə yerləşən ərazi şöbələrində olacaq. Hərraclara müxtəlif bələdiyyə orqanlarına məxsus 19 torpaq sahəsi çıxarılacaq.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.